24.02.2025, 09:16
191 baxış
Lamiyə
Turist qar uçqunu altında qalaraq ÖLÜB
Hindistanın şimalındakı Himaçal Pradeş əyalətinin Manali rayonunda rusiyalı turist qar uçqunu altında qalaraq ölüb.
Medianews.az xəbər verir ki, kişi dostu və digər xizəkçilər ilə xizək sürərkən qəfildən qar uçqunu baş verib.
Zərərçəkənlər qarın altından çıxarılıb, rusiyalı isə öz növbəsində helikopterlə xəstəxanaya aparılıb. Lakin həkimlər onu xilas edə bilməyiblər.
Medianews.az