Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri böyük ehtimalla iki mövzuyla bağlıdır. Onun sözlərinə görə, Lavrov Ankarada Ukrayna və Suriyanı müzakirə etmək istəyir: “Kremlin Suriyanın yeni hakimiyyəti ilə artıq təması var, Rusiya xarici işlər nazirinin müavini Dəməşqdə olduqdan sonra Vladimir Putin bu ölkənin keçid dövrünün prezidenti Əhməd əl-Şəra ilə telefonla danışıb. Yəni Kremlin Suriyanın yeni hakimiyyəti ilə dialoqda Ankaranın vasitçiliyinə ehtiyacı yoxdur. Buna baxmayaraq, Kreml Rusiyanın Suriyadakı hərbi bazalarının varlığını davam etdirməsinə Ankaranın münasibətini öyrənmək istəyir. Kremli Türkiyənin Suriyanın şimalındakı PKK və ona bağlı qruplara qarşı gələcək planları da maraqlandırır. Çünki, Kremlin PKK-ya bağlı terrorçu qruplarla əlaqəsi var və onların məhv olmasını istəmir”.
E.Şahinoğlu qeyd edib ki, Ankarada müzakirə olunacaq digər mövzu Ukraynadır: “Bu ölkənin Prezidenti Volodimir Zelenkinin Türkiyəyə səfəri və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşü Kremlin diqqətindən yayınmayıb. Rusiya hakimiyyəti Ankaranın Ukrayna məsələsində mövqeyində dəyişiklik olub-olmadığını özü üçün müəyyənləşdirmək istəyir. Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Ukraynaya baxışından məmnundur. Görünür, Kreml Trampın Ukrayna ilə bağlı söylədiklərinə Ankaranın mövqeyini də bilmək istəyir. Ərdoğan Qəzza mövzusuyla bağlı Trampın söylədiklərinin qəti əleyhinə olsa da, Ağ Ev sahibinin Ukrayna ilə bağlı söylədiklərinə reaksiya verməyib. Görünür, Ərdoğan hər məsələdə Trampla qarşıdurmaya getmək istəmir. Türkiyə Cümhurbaşqanı Rusiya-Ukrayna müharibəsinin dayandırılması fikrindədir. Bundan baqşa Ərdoğan Kremllə Kiyevə yenidən vasitəçilik təklif edib, o müzakirələrin İstanbula keçirilməsini irəli sürüb. Lavrov bu təşəbbüsü də Ankarada müzakirə edəcək”.
Nailə Qasımova,
Medianews.az
24.02.2025, 09:14
156 baxış
Azad
Lavrovun Türkiyə səfərinin arxasında duran səbəblər – Ekspert ŞƏRHİ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədədir. Maraqlıdır ki, Lavrovdan dərhal sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da fevralın 26-27-də Ankarada olacaq. Hər iki Rusiya rəsmisinin Türkiyənin xarici işlər naziri Hakan Fidan və ola bilsin ki, prezident Rəcəb Tayyib Ərdoğanla görüşləri gözlənilir.
Sergey Lavrovun Türkiyəyə səfərinin əsas məqsədi nə ola bilər? Bu səfərin xüsusilə Rusiya-Ukrayna müharibəsinə hansı təsirləri ola bilər? Son dövrlərdə Rusiya ilə Türkiyə arasında intensivləşən təmaslar nə ilə əlaqədardır və bu münasibətlərin gələcək inkişafı necə görünür? Mediada yayılan məlumatlara görə, nazir H.Fidanın gündəmində Suriyanın ərazi bütövlüyü və yenidən qurulması ilə bağlı məsələlərin olacağı da gözlənilir.