14.02.2025, 13:11
192 baxış
Lamiyə
Zaxarova: Ramşteyn formatında keçən görüş Ukrayna üçün ən pis oldu
“Kiyev rejiminə silah tədarükü üzrə təmas qrupunun Ramşteyn formatında Brüsseldə baş tutan görüşü Kiyev üçün ən pis olub”
Medianews.az xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O xatırladıb ki, iclasa ilk dəfə Pentaqonun rəhbəri əvəzinə Böyük Britaniyanın müdafiə naziri rəhbərlik edib.
Diplomat belə bir kaslinqi şahmat kombinasiyasının elementi kimi qəbul etməyə çağırıb.
"Ramşteyn pərdə arxasında elə söhbətlər oldu ki, çərşənbə günü baş tutan görüş Ukrayna üçün ən pis oldu", - Zaxarova brifinqdə qeyd edib.
Medianews.az
Paylaş: