Medianews.az
İngiltərə nəhənginə <span style=color:red>keçmək istəmir
201 baxış

İngiltərə nəhənginə keçmək istəmir

"Sportinq"in hücumçusu Viktor Qyökereş "Mançester Yunayted"ə keçməkdə maraqlı deyil. Publika.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb. Mənbənin sözlərinə görə, 26 yaşlı futbolçunun sabiq baş məşqçisi Ruben Amorimin ardınca “Mançester Yunayted”ə keçməsi çətin hesab olunur. Futbolçu Çempionlar Liqasında çıxış edən komandaya qoşulmaq istəyir. İsveçlinin daha cəlbedici təkliflər alacağı gözlənilir. Qyökereşin müqaviləsində 100 milyon avro sərbəstqalma maddəsi var. Lakin "Sportinq"in onu 70 milyon avroya satmağa açıq olacağı gözlənilir. Eyni zamanda qeyd edilir ki, “Mançester Yunayted” iyunda 27 yaşı tamam olacaq futbolçuya bu qədər pul ödəməyə razı deyil. Klubun strategiyası gənc futbolçulara sərmayə qoymaqdır. Qeyd edək ki, Viktor bu mövsüm Portuqaliya çempionatında 20 oyun keçirib, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizə qoşulun