14.02.2025, 13:33
126 baxış
Lamiyə
Bu ay Bakıya qar yağacaq - AÇIQLAMA
Sabahdan etibarən yağıntılar kəsiləcək və tədricən hava şəraiti sabitləşəcək.
Lent.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
"Lakin qış mövsümünə uyğun olaraq, havanın sonrakı günlərdə qeyri-sabitləşmə ehtimalı çox böyükdür. Ölkəmizə Şimaldan soyuq hava kütlələrinin daxil olub. Bu səbəbdən ayın sonuna yaxın Bakı və Abşeronda qarlı hava şəraitinin olacağı istisna edilmir", - o əlavə edib.