Medianews.az
Ən yüksək uçan<span style=color:red> QUŞ
195 baxış

Ən yüksək uçan QUŞ

Quşların diqqəti cəlb edən bir çox xüsusiyyətləri var. Bəziləri qanadlarını çırpmadan kilometrlərlə uça bilir, bəziləri 50 ildən çox yaşayır, bəziləri isə göy qurşağı kimi müxtəlif rənglərə malikdir. Medianews.az xəbər verir ki, ən yüksək uçan quş rüppel kərkəsidir. 1973-cü ildə bir rüppel kərkəsi Qərbi Afrikadakı Kot-d'İvuarda 11300 metr yüksəklikdə ticarət təyyarəsinin üzərinə düşüb. Təyyarənin mühərriklərindən birinin zədələnməsinə baxmayaraq, uğurlu eniş edib, lakin quş ölüb. Onların vətəni Afrikanın Sahel bölgəsidir. Quşlar Zimbabve, Seneqal və Efiopiyada da tapıla bilər. Onlar bəzən İspaniyanın Aralıq dənizi sahillərində görünürlər. Bu quşlar böyükdür və hündürlüyü demək olar ki, bir metrə çatır. Onların qanadları iki metrdən çox məsafəyə açılır, lakin uçuş zamanı quşlar onlardan az istifadə edirlər. Medianews.az

Bizə qoşulun