05.02.2025, 10:12
135 baxış
Lamiyə
Nyu-Yorkdan uçan təyyarə 'qoxuya' görə təcili ENİŞ EDİB
Nyu-Yorkdan ABŞ-nin Orlando şəhərinə uçan “Delta Air Lines” şirkətinə məxsus təyyarə sərnişin salonundakı qoxuya görə marşrutu dəyişərək təcili eniş etmək məcburiyyətində qalıb.
Medianews.az “Haber global”a istinadən xəbər verir ki, 158 sərnişini olan təyyarədəki qoxunun səbəbini müəyyən etmək mümkün olmayıb.
Delta Hava Yollarından verilən məlumata görə, təyyarə Raleighə (Şimali Karolina) yönəlib və uğurlu eniş edib.