05.02.2025, 09:42
168 baxış
Lamiyə
Hər gün sosiska yeməyin fəsadları – XƏBƏRDARLIQ
“Sosiska yemək ürək xəstəlikləri riskini artıra bilər”
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu endokrinoloq Yekaterina Kazaçkova deyib.
O bildirib ki, kolbasa və sosiskaların müntəzəm istehlakı sağlamlığa mənfi təsir göstərə bilər.
Həkim izah edib ki, kolbasa və sosiskalarda çoxlu duz var, ona görə də onları yemək qan təzyiqini artıra bilər. Bundan əlavə, işlənmiş ətin tərkibində pis xolesterolun orqanizmdə yığılmasına səbəb olan yağ var. Bu amillərin birlikdə ürək-damar xəstəlikləri riskini artırır.
Kazaçkova qeyd edib ki, emal olunmuş ətin müntəzəm istehlakı da insanın maddələr mübadiləsinə, bağırsaqlarına və hormonal sisteminə mənfi təsir göstərir. “Lakin ən narahatedicisi odur ki, işlənmiş ətin müntəzəm istehlakı ilə bəzi xərçəng növlərinin artması riski arasında potensial əlaqə var. Araşdırmalar göstərir ki, belə məhsulların hətta az miqdarda gündəlik istehlakı kolorektal xərçəngin inkişaf ehtimalını artıra bilər”, - endokrinoloq əlavə edib.
Həkim vurğulayıb ki, ət məhsullarından tamamilə imtina etmək lazım deyil. O, pəhrizinizdə ağıllı olmağı və kolbasa toyuq filesi və ya bişmiş hinduşka ilə əvəz etməyi məsləhət görüb.
Paylaş: