Medianews.az
Gənc müğənni qəzaya düşdü: beli qırılıb - <span style=color:red>VİDEO / YENİLƏNİB
140 baxış

Gənc müğənni qəzaya düşdü: beli qırılıb - VİDEO / YENİLƏNİB

Yanvarın 30-da Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri də gənc müğənni Ayla Şiriyeva (Aila Rai) olub. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, Şahdağdan qayıdarkən yolda qəzaya düşən şəxslər Sumqayıt Tibb Mərkəzinə yerləşdiriliblər. Bu gün isə Ayla Şiriyeva Bakıdakı özəl xəstəxanalardan birinə köçürülüb. Onun vəziyyətinin ağır olduğu bildirilir. *** "Gənc müğənni Ayla Şiriyevanın beli qırılıb". Medianews.az ARB TV-yə istinadən məlumat verir ki, bu barədə aparıcı Elgiz Əkbər verilişində danışıb. O bildirib ki, Aylanın vəziyyəti kritikdir: "Ayla Şahdağdan qayıdarkən ağır qəzaya düşüb. Onun beli qırılıb. Evin tək övladıdır. Hazırda çox ağır vəziyyətdə reanimasiyadadır". Ətraflı süjetdə:  

Bizə qoşulun