Medianews.az
Ən dəbli qadının <span style=color:red>ADI AÇIQLANDI – FOTO
190 baxış

Ən dəbli qadının ADI AÇIQLANDI – FOTO

Britaniyanın "Superdry" moda brendinin nümayəndələri ən dəbli məşhur qadının adını açıqlayıblar. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, o, 35 yaşlı müğənni Teylor Svift oldu. Brend ekspertləri 2021-ci ilin dekabrından 2024-cü ilin noyabrına qədər olan dövrdə “moda”, “libaslar” və “stil” açar sözlərindən ibarət axtarış sorğularının sayını öyrəniblər və müəyyən ediblər ki, hər ay 83,2 min şəbəkə istifadəçisi pop müğənninin şəkilləri ilə maraqlanır. Eyni zamanda, reytinqdə ikinci yeri müğənni Harri Stayls tutub. Onun üslubu 20,8 min istifadəçi tərəfindən bəyənilib. Üçüncü yeri 20,7 minlə aktrisa Zendaya tutub. Dördüncü və beşinci yerləri reper Kanye Uest və pop müğənnisi Billi Ayliş tutub. Medianews.az

Bizə qoşulun