Medianews.az
Meymunçiçəyinə yoluxmuş şəxsin<span style=color:red> vəziyyəti necədir?
145 baxış

Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti necədir?

Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb. Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. "Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumatda deyilir. Qeyd edək ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.

Bizə qoşulun