Medianews.az
"Qarabağ" 14 pillə GERİLƏDİ - <span style=color:red>Dünya reytinqi
158 baxış

"Qarabağ" 14 pillə GERİLƏDİ - Dünya reytinqi

Klubların dünya reytinqi açıqlanıb, təmsilçimiz "Qarabağ" mövqeyini qoruya bilməyib. Medianews.az axar.az-a istinadən bildirir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) cədvəlində planetin 701 ən yaxşı komandası yer alıb. 2024-cü ilin yekunlarına əsasən, tərtib olunan siyahıda Azərbaycanı yeddi klub təmsil edib. "Qarabağ" 168,7 xalla dünyada 81-cidir. Ağdam klubu ötən ayla müqayisədə 14 pillə geriləyib. 99,5 xalla 208-ci olan "Zirə" 11 pillə irəliləyib. Doqquz pillə önə keçən "Sabah" 62,25 xalla 400-cüdür. "Turan Tovuz" 53,75 xalla iki addımlıq irəliləyişlə 494-cü yerdədir. "Neftçi" 28 pillə geriləyərək 50 xalla 537-ci sıraya düşüb. Altı pillə irəliləyən "Sumqayıt" 48 xalla 567-cidir. "Araz-Naxçıvan" 18 pillə geriləyib və 43,75 xalla 648-cidir. Qeyd edək ki, cədvələ 441 xalla "Real Madrid" başçılıq edir.

Bizə qoşulun