Medianews.az
Beyonsedən yanğından zərər çəkənlərə<span style=color:red> YARDIM
133 baxış

Beyonsedən yanğından zərər çəkənlərə YARDIM

“Qremmi” mükafatı laureatı məşhur müğənni Beyonse Los-Ancelesdəki yanğınlardan zərər çəkənlərə yardım edib. Medianews.az türk mediasına istinadən xəbər verir ki, müğənni ictimai rifah üçün çalışan BeyGOOD fondu vasitəsi ilə 2,5 milyon dollar bağışlayıb. Fondun instaqram səhifəsində Beyonsenin meşə yanğınlarından zərər çəkmiş ailələrə kömək etmək üçün ianə verməyi vəd etdiyini bildirən yazı paylaşılıb. Bildirilib ki, bu ianə evlərini itirmiş ailələrə kömək etmək, meşə yanğınlarından zərər çəkənlərin təcili ehtiyaclarını ödəmək, kilsə və icma mərkəzlərinə kömək etmək üçün ayrılıb. Qeyd edək ki, ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində ölkə tarixinin ən dağıdıcı yanğınları ilə mübarizə davam edir. Hollivudda bir çox mühüm bina yanğınlarda zərər görüb, dünyaca məşhur adların evləri külə dönüb.

Bizə qoşulun