Medianews.az
Ali məktəblərə qəbul imtahanlarının <span style=color:red>VAXTI AÇIQLANDI
121 baxış

Ali məktəblərə qəbul imtahanlarının VAXTI AÇIQLANDI

2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Medianews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. DİM tərəfindən 2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki ilə verilmiş cədvəldə tanış ola bilərsiniz. Magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 - 27 yanvar tarixlərində aparılacaq. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 - 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral - 5 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may - iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel - may aylarında aparılacaq. Digər imtahanların qrafiki ilə cədvəldə tanış ola bilərsiniz.

Bizə qoşulun