07.01.2025, 10:28
150 baxış
Lamiyə
Çində zəlzələ nəticəsində ölənlərin sayı 95-ə çatıb
Tibetdə zəlzələ qurbanlarının sayı artaraq 95 nəfərə çatıb.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Saat 15.00-a (Bakı vaxtı ilə 11:00) Tibet Muxtar Vilayətinin Tinqri bölgəsində baş verən zəlzələ nəticəsində 95 nəfər həlak olub, 130 nəfər xəsarət alıb", - yerli hakimiyyət orqanlarına istinadən verilən məlumatda deyilir.
Qeyd edək ki, zəlzələ Çinin cənub-qərbində Nepalla sərhəddə baş verib. Yeraltı təkanların maqnitudası 6,8 olub, yeraltı təkanların episentri Şiqatse şəhərindən 163 kilometr cənub-qərbdə, təxminən 10 kilometr dərinlikdə yerləşib.