24.12.2024, 11:27
195 baxış
Lamiyə
Xurmanın inanılmaz FAYDALARI
“Xurmanın tərkibində ürək üçün faydalı kalium var”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu terapevt Qalina Volkova deyib.
Həkimin sözlərinə görə, xurmanın tərkibində ürək və sinir sisteminin sağlamlığı üçün faydalı olan kalium və maqnezium var. Bundan əlavə, bu meyvə mədə-bağırsaq traktının və mikrobiomun işləməsi üçün zəruri olan liflə zəngindir.
“Bu narıncı-sarı rəngdir. Bu onu deməyə əsas verir ki, onun tərkibində gözümüzün sağlamlığı üçün karotenoidlər var”, - deyə həkim əlavə edib.
Paylaş: