20.12.2024, 08:33
213 baxış
Lamiyə
Tramp Aİ ölkələrini HƏDƏLƏDİ
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Aİ ölkələrini Amerika neft və qazını almağa başlamadıqları təqdirdə rüsumlar tətbiq etməklə hədələyib.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Trampın sözlərinə görə, o, avropalılara deyib ki, onlar amerikalılarla münasibətlərdə böyük defisiti enerji resurslarının geniş miqyaslı alışı hesabına doldurmalıdırlar.
“Əks halda bu, daimi tariflərə səbəb olacaq!” — o, Truth Social sosial şəbəkəsində yazıb.