11.12.2024, 17:45
144 baxış
Azad
Bəşər Əsədin atasının məzarı yandırıldı - FOTO/VİDEO
Suriya müxalifəti Qardaha şəhərində keçmiş prezident Bəşər Əsədin ailəsinin məzarını təhqir edib, atasının məzarını yandırıblar.
Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri yazıb.
Bildirilir ki, orada Hafiz Əsədlə birlikdə həyat yoldaşı Anisə və böyük oğlu Bazil də dəfn edilib.
Qeyd edək ki, Hafiz Əsəd 1971-2000-ci illərdə Suriya prezidenti olub.