08.12.2024, 05:43
154 baxış
Azad
Zelenski Makron və Trampla görüşdü - VİDEO
Fransa prezidenti Emmanuel Makron, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Cəmi 20 dəqiqə davam edən danışıqlar yekun bəyanat olmadan başa çatıb.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, görüşlə bağlı razılıq demək olar ki, başlamazdan əvvəl əldə olunub.
Xatırladaq ki, seçki kampaniyası zamanı Tramp hələ inauqurasiyadan əvvəl 24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağını, həmçinin Kiyevə çox milyard dollarlıq yardımı dayandıracağını vəd etmişdi.
Qeyd edək ki, Ukrayna və ABŞ prezidentləri 2019-cu ildə yanğından sonra yenidən qurulan Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün Fransaya səfər ediblər.
Paylaş: