25.10.2024, 09:43
114 baxış
Redaksiya
"Məni həbsə atacaqlar" - Zurabişvili
Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə onun həbsxanaya düşə biləcəyini istisna etməyib.
Medianews.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.
“Bu baş verərsə, yəqin ki, məni impiçmentə məruz qoyacaqlar və həbsə atacaqlar”, - o bildirib.
Gürcüstan prezidenti müxalifətin məğlubiyyət ehtimalı barədə danışmaq istəməyib.
Onun fikrincə, müxalifət partiyaları vətəndaşların yüksək iştirakı olarsa, birgə səyləri ilə “Gürcü arzusu”nu məğlub etməyə və koalisiya hökuməti yaratmağa qadirdir.
Ayşən