Erməni rejissordan ETİRAF: Qarabağ xalçası ilə səhnəyə çıxıb... - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Medianews.az xəbər verir ki, "Genosid" haqqında filmə qarşı çıxan Paracanova Demirçyan qadağa qoydu" adlı süjetdə erməni əsilli kinorejissor Sergey Paracanovun Azərbaycanı, onun mədəniyyətini sevdiyinə, Bakıda və Şəkidə çəkdiyi "Aşıq Qərib" filminə görə şəkillərinin ermənilər tərəfindən yandırılmasından bəhs olunub.
Bildirilib ki, azərbaycanlılardan film çəkdiyinə görə söyülən, İrəvanda şəkilləri yandırılan, ukraynalılara görə rus həbsxanasında yatan, Gürcüstanda doğulan S.Paracanovu ermənilər təhqir edirlər: "Çünki erməni rejissor Bakıda çəkiliş edərkən bəstəkar Cavanşir Quliyevin musiqisinə, muğam ifaçısı Alim Qasımovun ifasına heyran qalıb, "Genosid" haqqında filmə qarşı çıxıb. O, Qarabağ xalçası ilə səhnəyə çıxıb ermənilərlə razılaşmadığını bəyan edib. Ona görə də Ermənistan rəhbərliyi S.Paracanova qadağa qoyub. Bunlara rəğmən erməni rejissor deyib: "Aşıq Qərib" vəsiyyətim, filmdəki Azərbaycan musiqisi mənim səsimdir".
Sonda vurğulanıb ki, İrəvanda ermənilər məscidlərimizi dağıdanda, yandıranda erməni rejissor Bakıda, Şəkidə bədii filmin çəkilişini aparır, Azərbaycanın sənət adamları, qurumlar, sadə insanlar ona kömək edirdilər. Paracanovun sevgi haqqında çəkdiyi uğurlu "Aşıq Qərib" bədii filmi məhz azərbaycanlıların sevgiyə, ədəbiyyata, incəsənətə olan münasibətini göstərir. "Aşıq Qərib"in İrəvanda Göy məsciddə olan çəkilişləri isə azğın erməni millətçilərindən gizli aparılırdı. Təbii ki, S.Paracanov Tiflisdə, azərbaycanlı və gürcülərin bərabər yaşadığı məhəllədə doğulub böyüməsəydi belə miqyasda rejissor və sənətkar ola bilməzdi. Erməni xəstəliyi onu da vandala, mədəniyyət talançısına çevirəcəkdi".