Medianews.az
Öldüyü düşünülən körpə cənazədə <span style=color:red>hərəkət etdi
85 baxış

Öldüyü düşünülən körpə cənazədə hərəkət etdi

Braziliyada öldüyü güman edilən 8 aylıq körpə dəfn zamanı yerindən tərpənib. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, dərhal xəstəxanaya çatdırılan körpəni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Məlumata görə, Kiara oktyabrın 19-da Faustino Riskarolli xəstəxanasına aparılıb. Həkimlər onun nəfəs almadığını və ürəyinin döyüntüsünün olmadığını müəyyən edib, ailəsinə onun ölümü barədə məlumat verilib. Ölüm xəbərindən sonra dəfn üçün hazırlıqlara başlayıb. Dəfində iştirak edənlərdən biri Kiaranın tabutda hərəkət etdiyini görüb. Mərasim dayandırılıb və qohumu körpənin yanına qaçıb, Kiaranın ona uzadılan əlindən bərk-bərk tutduğunu görüb. Aparalıdığı xəstəxanada körpənin ürəyinin dayandığı deyilib. Ailəsi 24 saat ərzində ikinci dəfə övladını itirmə acısı ilə sarsılıb, ata Kriştiano Santos “Onsuz da məhv olmuşduq. Sonra bir ümid gəldi, amma sonra bu oldu” -, deyərək o, dərin hüznünü ifadə edib. Xəstəxana körpənin səhvən "ölü" elan edildiyini etiraf edib və ailəsindən üzr istəyib. Hadisə ilə bağlı araşdırmanın 30 gün ərzində yekunlaşacağı bildirilib.

Bizə qoşulun