16.10.2024, 14:49
69 baxış
Redaksiya
Azərbaycanın tələbi yerinə yetirilir: Ermənistanla sərhədi....
Ermənistan Avropa İttifaqının missiyasının fəaliyyət müddətini uzatmamaq barədə Azərbaycanın tələbini yerinə yetirmək niyyətindədir. Aİ Ermənistanın Azərbaycanla sərhədindəki müşahidə missiyası ölkə ərazisindən çıxarıla bilər.
Medianews.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
“Məlumata görə, Ermənistan Aİ-nin missiyasının fəaliyyət müddətini uzatmamaq barədə Azərbaycanın tələbini yerinə yetirmək niyyətindədir. Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ötən günlərdə bəyan etmişdi ki, AB missiyasının Ermənistanla şərti sərhəddə yerləşdirilməsi vəziyyəti daha da gərginləşdirir. XİN və AB missiyasından suala cavab almaq mümkün olmadığından xəbəri rəsmi şəkildə dəqiqləşdirə bilmədik. Qeyd edək ki, müşahidəçilər Ermənistana 2023-cü ildə 2 il müddətinə gəliblər, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır. Ermənistan hökuməti müddətin uzadılması üçün müraciət eləməsə, missiya başa çatacaq”, - məlumatda deyilir.
Ayşən