11.10.2024, 13:38
144 baxış
Redaksiya
Zəngəzur dəhlizi ilə bağlı Türkiyədən açıqlama: "Ən qısa yolla türk dünyasına..."
“Zəngəzur dəhlizi Bakı-Tiflis-Qars dəmir yolu xəttinə alternativ və onun imkanlarını artıracaq marşrutdur. Koridor bütün türk dünyasını bir-birinə bağlayacaq”.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib.
“Xəzər dənizindən - Azərbaycandan Ermənistan və ya İrana, oradan da Naxçıvan və Dilucuya, İğdıra, Qarsa keçən xətt kimi həyata keçirilən projedir. Azərbaycan tərəfində mühüm hissələr tikilib, Naxçıvanda da mövcud xəttin bərpası işlərinə başlanacaq, Türkiyədə 224 kilometrlik hissənin çəkilişinə gələn ildən başlayacağıq. İran məsələsində xeyli irəliləyiş var, son günlərdə Ermənistan tərəfində də inkişaf görünür. Qarşıdakı prosesdə buna aydınlıq gələcək, ən qısa yolla Azərbaycana, daha sonra türk dünyasına bağlanacağıq”,- Uraloğlu qeyd edib.
Ayşən