Medianews.az
"Yeni dünya düzəni qaçılmazdır, Rusiya üçün yeni era..." - Putin
175 baxış

"Yeni dünya düzəni qaçılmazdır, Rusiya üçün yeni era..." - Putin

“Yeni dünya düzəninin formalaşması qaçılmazdır və Rusiya bütün dəyişikliklərə açıqdır”. Medianews.az xəbər verir ki, bu barədə  Rusiya Prezidenti Vladimir Putin bildirib. O qeyd edib ki, dünyada fundamental qlobal dəyişikliklərin yeni erası başlayıb. “Dünya sülhü və hərtərəfli inkişafı yalnız hər bir xalqın rəyi nəzərə alınmaqla, hər bir dövlətin öz suveren kursuna, öz dünyagörüşünə, öz adət-ənənələrinə, dini ideyalarına hörmət hüququna riayət etməklə təmin oluna bilər”, - Putin vurğulayıb. Ölkə başçısı qeyd edib ki, Rusiya inkişaf etməkdə olan çoxqütblü dünyada qarşılıqlı fəaliyyət parametrlərinin mümkün qədər geniş müzakirəsinin tərəfdarıdır: “Moskva dostları və tərəfdaşları ilə, o cümlədən MDB, BRİCS, Avrasiya İqtisadi Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində yeni dünya düzəninin qurulması məsələlərini müzakirə etməyə hazırdır”. Ayşən  

Bizə qoşulun