Medianews.az
"Münaqişə riski var" - Lavrov xəbərdarlıq etdi
147 baxış

"Münaqişə riski var" - Lavrov xəbərdarlıq etdi

Hərbi ittifaqların yaradılması ideyası özü ilə münaqişə riskini daşıyır. Medianews.az xəbər verir ki, bu barədə  Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, bunu Yaponiyanın Asiyada NATO-nun analoqunun yaradılması təklifini şərh edərkən bildirib. Onun sözlərinə görə, Asiyada hərbi ittifaqların yaradılması ideyası qızğın fazaya çevrilə biləcək münaqişə təhlükəsini ehtiva edir. Eyni zamanda, Lavrov Moskvanın Asiya-Sakit okean regionunda hərbiləşmə risklərini nəzərdən keçirdiyini vurğulayıb. “Qərb ASEAN-ın fəaliyyətini Rusiya və Çinin maraqlarına qarşı yönəltməyə çalışır”,- o deyib. Ayşən

Bizə qoşulun