09.10.2024, 18:45
359 baxış
Redaksiya
"Tramp uduzsa, mən bitdim" - Mask
Amerikalı milyarder və iş adamı İlon Mask aktiv şəkildə dəstəklədiyi Donald Trampın prezident seçkilərində uduzacağı təqdirdə həbsxanaya girəcəyindən qorxur.
Medianews.az xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsi zamanı deyib.
"O, uduzsa, mən bitmişəm. Sizcə, həbs cəzam nə qədər olacaq? Sizcə, uşaqlarımı görəcəyəm?" - Mask deyib.
O, konkret olaraq nə etdiyini açıqlamayıb.Bildirib ki, ABŞ prezidentinin birbaşa müdaxiləsi olmadan o, həbsxanaya düşə bilər.
Onun sözlərinə görə, əgər Tramp bu il seçkidə uduzsa, bu, respublikaçılarla demokratlar arasında real rəqabətin olduğu son seçki olacaq, çünki o zaman demokratların “birpartiyalı idarəçiliyi” erası guya baş verəcək.
"İnanıram ki, Tramp bu seçkilərdə qalib gəlməsə, bu, sonuncu seçki olacaq”.
Ayşən