Medianews.az
Yuxunu yaxşılaşdıran<span style=color:red> İÇKİ
161 baxış

Yuxunu yaxşılaşdıran İÇKİ

Qida sənayesi kimyaçısı Tim Bond deyir ki, çay yuxu keyfiyyətini yaxşılaşdırır və daha tez yuxuya getməyə kömək edir. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Bonda görə, yuxu problemləri üçün ən çox tövsiyə olunan çobanyastığı çayıdır. Mütəxəssis qeyd edib ki, içki həqiqətən daha tez yuxuya getməyə kömək edir və tərkibindəki komponentlərin sakitləşdirici xüsusiyyətlərinə görə yuxu müddətini artırır. Bununla belə, Bond əmindir ki, çobanyastığı çayı yuxusuzluğa kömək edən yeganə içki deyil. Mütəxəssis yaşıl çayı yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün daha bir təsirli vasitə adlandırıb. Bond əlavə edib ki, qara çayın da eyni təsiri var. Bond həmçinin qeyd edib ki, lavanda çayı birbaşa sinir sisteminə təsir edir, onu sakitləşdirir və yuxuya getməyə kömək edir. Mütəxəssis bildirib ki, ki, çobanyastığı və ya lavanda çayının sakitləşdirici təsirini yatmazdan əvvəl içsəniz, ilk stəkandan sonra hiss etmək olar. Yaşıl çay, müntəzəm olaraq, gündə beş stəkan içdiyiniz təqdirdə işə başlayır. Lamiyə 

Bizə qoşulun