Medianews.az
"Qarabağ"da daha bir <span style=color:red>itki
165 baxış

"Qarabağ"da daha bir itki

UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" daha bir itki ilə üzləşib. Oxu.Az xəbər verir ki, "köhlən atlar"dan Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında forma geyinməyəcək. Azərbaycan çempionunun aparıcı futbolçusu cəzalı duruma düşüb. O, Zaqreb "Dinamo"su ilə Xorvatiyadakı görüşdə sarı vərəqə alıb. Bu, braziliyalının mövsümdə 3-cü xəbərdarlığı olub. Bu səbəbdən də Romao "Dinamo" ilə avqustun 28-də Bakıda keçiriləcək görüşdə forma geyinməyəcək. Xatırladaq ki, "Qarabağ" səfərdə 0:3 hesabı ilə uduzub. Qeyd edək ki, "Qarabağ"ın heyətində daha öncə iki futbolçusu Marko Yankoviç və Veşoviç zədə səbəbindən komandaya "Dinamo Zaqreb"lə görüşdə kömək edə bilməmişdi.

Bizə qoşulun