Medianews.az xəbər verir ki, Tehran- İstanbul reysi ilə gələn sərnişin rentgen müayinəsindən keçirilib və yoxlanılıb.Baqajda şübhəli sıxlığı görən hava limanın əməkdaşları hərəkətə keçərək sərnişini yaxından təqib edib. Şübhəlinin hərəkətlərindən sonra onlar sərnişinin daha 3 nəfərlə əlaqəsini müəyyən edib. Müraciət əsasında hava limanına gələn polis onları təqib edib.
Pasport prosedurlarını başa vurduqdan sonra sərnişin salonuna gələn şübhəlilər polisin onları izlədiyindən xəbərsiz olaraq lentdən baqajlarını götürərək çıxışa doğru istiqamətləniblər. Polisin müdaxiləsi ilə onlar həbs edilib.
Axtarış nəticəsində 4 şübhəliyə məxsus 10 torbada əsl insan saçının olduğu üzə çıxıb. Əməliyyat nəticəsində ümumi çəkisi 68 kiloqram olan 450 ədəd insan saçı ələ keçirilib .
Şübhəlilər haqqında İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
Medianews.az