Altay diyarında qocalar evinin sakini əlil qonşusunu döyərək öldürüb.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, 53 yaşlı kişi Rubtsovski rayonunda qocalar və əlillər üçün fərdi pansionatda bir neçə nəfərlə bir otaqda yaşayırmış. 71 yaşlı əlil qonşunun davamlı olaraq digər insanlardan kömək istəməsi qonşusunu əsəbiləşdirib.
Nəticədə, keçən gecə növbəti xahişdən sonra çarpayıya yaxınlaşan şübhəli şəxs yaşlı kişinin başına azı 7, bədəninə isə ən azı 13 zərbə endirib.
Qurban bir həftə sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi başlanıb.
Həmin şəxs saxlanılıb, istintaq həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub.
Medianews.az