Medianews.az
Bakıda İran casuslarına qarşı xüsusi əməliyyat – <span style=color:red>İki media qurumunda axtarış, saxlananlar var
96 baxış

Bakıda İran casuslarına qarşı xüsusi əməliyyat – İki media qurumunda axtarış, saxlananlar var

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Medianews.az APA-ya istinadən xəbər verir ki, DİN tərəfindən SalamNews informasiya agentliyi və “İnteraz”da əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T. Kərimov, E.A. Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H. Cabbarlı, F.S. Əbdülov və A.Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar. Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər. Əməliyyatla bağlı hələlik hər hansı rəsmi informasiya verilməyib. Medianews.az

Bizə qoşulun