Türkiyədə 41 yaşlı qadın evində ölü tapılıb.
Medianews.az xəbər verir ki, ölən qadının kimliyi məlum olub.
Milliyətçi Hərəkat Partiyasının “Daşköprü Qadın Qolları”nın keçmiş sədri Gizem Memioğlu Kastamonudakı evində ölü tapılıb. Polis qruplarının evdə apardığı araşdırmalardan sonra meyiti morqa aparılan Memioğlunun ölüm səbəbi yarılmadan sonra müəyyənləşəcək.
Digər tərəfdən, hadisə ilə bağlı istintaq başladılıb.
Medianews.az