19.12.2022, 17:36
81
baxış
TURAN
“Söhbət ingilis və rus kapitalının qarşıdurmasından gedir”
Mi-6 rəhbəri Riçard Murun İrəvana səfəri bir neçə məqsəd güdürdü”. Medianews.az xəbər verir ki, bu fikirləri politoloq Abram Qasparyan deyib: “Qızıl bulaq qızıl və molibden yatağını unutmayaq. Müxtəlif hesablamalara görə, söhbət 10 milyard dollara qədər ehtiyatlardan gedir”.
Yatağın artıq Britaniya şirkətnə istismara verildiyini xatırladan Qasparyan qeyd edib ki, Böyük Britaniya sadəcə olaraq bu ehtiyatları əldən verməyəcək: “Onu da unutmayaq ki, Ermənistanın “Base” metal şirkəti Rusiya kapitalının cəlb edilməsi ilə işləyir. Beləliklə, söhbət ingilis və Rusiya kapitalının sözdə qarşıdurmasından gedir”.
Eyni vəziyyət Zəngəzur üzərindəki dəhlizin bir hissəsində də müşahidə olunur: “Laçın dəhlizinin bloklanması ilə üst-üstə düşən R.Murun səfəri də bu kontekstdə nəzərə alınmalıdır. Burada, həmçinin Türkiyə və Azərbaycanın marağını təmin edən və Rusiya və İranın maraqlarına zidd olan nəqliyyat dəhlizinin Britaniya maraqlarına cavab verdiyi məlum olur. Bu halda söhbət Azərbaycanın ərazi problemini həll etməklə xeyrinə yaranmış şəraitdən istifadə etməkdən gedir”.
O qeyd edib ki, əvvəlcə türk ekspertləri tərəfindən layihələndirilən “Orta dəhliz" yaxın 20 il üçün proqram kimi Zəngəzura təsir etməyib: “Biz İran, Rusiya, ABŞ-ın maraqlarından danışırıq. İndi heç kim demir ki, Ermənistanın maraqları nədir və biz onlara nail olmaq üçün nə etməliyik?”
Zəfər