“Martın sonundan etibarən Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib”.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.
“Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatların sürətini bilərəkdən azaldır. Bu bəyanat Rusiyanın Ukraynadakı son 6 həftə ərzindəki sadəcə kiçik nailiyyətlərini izah etmək üçündür”, – məlumatda qeyd olunub.
ABŞ institutu iddia edir ki, müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya tərəfi ciddi problemlərlə üzləşir: “Ukrayna qüvvələri Xerson və Zaporejyedə Rusiya hərbi obyektlərinə və kommunikasiya xətlərinə zərbələr endirməkdə davam edir”.