Medianews.az
Zelenski Duqinanı öldürən qadın haqqında DANIŞDI
158 baxış

Zelenski Duqinanı öldürən qadın haqqında DANIŞDI

Rusiyanın tanınmış siyasi eksperti, Putinin müəllimi kimi tanınan Aleksandr Duqinin qızı Darya Duqinanın avtomobilində olarkən bomba hücumu nəticəsində öldürülməsinin əks-sədası bütün dünyada rezonans doğurmaqda davam edir. Medianews.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın paytaxtı Kiyevdə 60-a yaxın ölkə və beynəlxalq təşkilatın liderləri və yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən Krım Platformasının 2-ci Sammitindən sonra açıqlamalar verib. Rusiya sui-qəsddə Ukraynanı günahlandırsa da, Zelenski bu mövzuda susqunluğunu pozaraq “Bu, qətiyyən bizim məsuliyyətimiz deyil", - deyə bildirib. Zelenski sui-qəsdin arxasında duran Natalya Vovkun Ukrayna vətəndaşı olmadığını deyib. Medianews.az  

Bizə qoşulun