Rusiyalı politoloq Aleksandr Duqinin qızı Darya Duqinanı öldürdüyü iddia edilən ukraynalı Natalya Vovkun Estoniyada gizləndiyi bildirilir.
Medianews.az xəbər verir ki, iddialarla bağlı Estoniya hökuməti açıqlama verilib.
Açıqlamada sui-qəsd şübhəlisinin ölkədə gizlənmədiyi və bu iddiaların Rusiyanın yeni təxribatı olduğu vurğulanıb.
Estoniya rəsmiləri rusiyalı politoloq Aleksandr Duqinin qızı Daria Duqinanı öldürdüyü iddia edilən qadının ölkədə gizlənməsi ilə bağlı iddiaları rədd edib. “Newsweek”in xəbərinə görə, Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Duqinanın ölümü ilə Estoniyanın əlaqəsini göstərmək cəhdlərini təxribat kimi qiymətləndirib.
Nazir Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iddialarının Rusiyanın yeni təxribatı olduğunu vurğulayaraq, məsələ ilə bağlı başqa sözlərinin olmadığını qeyd edib.
Qeyd edək ki, FTX Duqinin qızının Ukrayna vətəndaşı olan qadın tərəfindən öldürüldüyünü açıqlayıb və qadının Rusiyada bəzi görüntülərini paylaşıb.
Medianews.az