Bazar ertəsi, 30 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Azərbaycanda taksi sahəsində xaotik durum var” – Nəqliyyat eksperti

Xanlar Əlibəy
24/08/2022 18:08
150
BAXIŞ
FacebookTwitterTelegram

Ayda ən azı bir dəfə taksi sürücülərindən şikayət eşitməzsək, təəccüblənərik. Müştərilərə qarşı kobud davranan, narkotik maddələrdən istifadə edən sürücülər barəsində dəfələrlə məlumat paylaşılıb. Qaydalara riayət etməyən sürücülərin arasına daha bir “qəhrəman” gəldi. Avqustun 23-də sosial şəbəkələrdə yayılan görüntülərdə taksi sürücüsü ayağını pəncərədən çıxararaq avtomobil idarə etməyə başlayıb. Həmin şəxs insanlar tərəfindən kəskin şəkildə tənqid olunub. Bu hala şahid olduqdan sonra cəmiyyəti bir sual maraqlandırır: Həmin sürücüləri işə götürən şirkətlər harada yanlış edir?

Taksi sürücüsünün davranışı ilə bağlı Medianews.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli bildirib ki, hadisədən 2 dövlət strukturu məsuliyyət daşıyır:

“Hadisə ilə bağlı dövlətin 2 strukturunun tədbir görmək səlahiyyəti var. Taksi və ictimai nəqliyyat xidmətinə həm Dövlət Yol Polisi, həm də Bakı Nəqliyyat Agentliyi nəzarət etməlidir. Xüsusilə, BNA taksi şirkətlərinə lisenziya verən orqandır. Bundan başqa həmin sürücülərin çalışdığı şirkət də məsuliyyət daşıyır. Taksi şirkətlərinin daxili nizamnamələri və 15-16 səhifəlik etik kodeksləri var. İşə götürülən hər bir sürücü ilə müqavilə imzalanır. Orada sürücülərin bütün vəzifələri qeyd olunur. Xidmətin vaxtında və keyfiyyətli təminatı və müştəri məmnuniyyəti əsas müddəalardandır. Həmçinin sürücü müəyyən kateqoriyaya sahib olmalıdır”.

Ekspert mənfi halların qarşısının alınması üçün ciddi tədbirlərin vacibliyini vurğulayıb:

“Dövlət Yol Polisi ilə Bakı Nəqliyyat Agentliyi vaxtaşırı reydlər keçirməlidir. Onlar sürücülərin vəsiqələrinə nəzər yetirməli və psixoloji, narkoloji testlər etməlidir. Həmçinin taksi şirkətləri ilə çalışmaq istəyən şəxslər üçün kurslar açıb 1 aylıq təlim keçə bilərlər. Kurslara cəlb olunduqdan sonra taksi şirkətləri onların ümumi durumlarını qiymətləndirilərək işə götürüb-götürməməyə qərar verməlidir. Təəssüflər olsun ki, bizdə bunlar edilmir. Ona görə də işçiləri qeyri-etik davranan sürücülərin çalışdıqları şirkətlərin cərimələnməsi vacibdir”.

Xanlar Əlibəy
Medianews.az

Tags: Bakı Nəqliyyat AgentliyiBNADövlət Yol PolisiDYPNəqliyyatTaksi

DAHA ÇOX OXU

1-MANŞET

General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

30/01/2023 18:49
1-MANŞET

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: “Fevralın 1-dək…”

30/01/2023 18:13
Dünya

Yunanıstan qırıcısı dənizə düşdü

30/01/2023 18:12
export

“Qayınana söhbəti ola bilməz” – İlk dəfə danışdı

30/01/2023 18:11
export

Məşhur aparıcının xanımı: “İlkin getdiyi məkandan şəkil göndərir” – FOTOLAR

30/01/2023 18:10
1-MANŞET

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

30/01/2023 18:08
SON XƏBƏR

Quldurluq edən məmur və müəllim qızı... - Hamı Jalədən danışır

Benzin və dizelin satış qiyməti ilə bağlı Tarif Şurasından- Açıqlama

Bakı Baş Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib

Xəbər lenti

General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

30/01/2023 18:49

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: “Fevralın 1-dək…”

30/01/2023 18:13

Yunanıstan qırıcısı dənizə düşdü

30/01/2023 18:12

“Qayınana söhbəti ola bilməz” – İlk dəfə danışdı

30/01/2023 18:11

Məşhur aparıcının xanımı: “İlkin getdiyi məkandan şəkil göndərir” – FOTOLAR

30/01/2023 18:10

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

30/01/2023 18:08

Səhlab Bağırov vəzifəsindən azad olundu – Yeni təyinat

30/01/2023 18:04

“Çılplaqlığla şəhvət hissi ilə baxdılar” – Azərbaycanlı modelin paylaşımı yenidən gündəm oldu – FOTOLAR

30/01/2023 17:57

Azərbaycanlı hərbçilər Türkiyədə 17 dərəcə şaxtada “Qış təlimi”ndə – FOTO

30/01/2023 17:34

Kliniki ölüm keçirən qadının həyata qayıtdıqdan sonra dedikləri GÜNDƏM OLDU

30/01/2023 17:27

Həvəskarlar liqasının oyununda azarkeşlər futbolçulara hücum çəkdi – VİDEO

30/01/2023 17:24

“Bayraktar, əfsanəvi qanadlar” sənədli filmi yayımlandı – VİDEO

30/01/2023 17:17

Şagird müəllimini döyərək dizini sındırdı – ANBAAN VİDEO

30/01/2023 16:57

Sənədsiz evlərin sənədli sakinləri

30/01/2023 16:41

Kim Çen In haqqında ən qəribə iddialar! Bir-bir seçir, tam aludəçidir…

30/01/2023 16:37

Aptekdən dərman aldılar, əvəzinə saxta pul verdilər – ANBAAN VİDEO

30/01/2023 16:36

Dəhşətli qəzada ölən gənc qızın son paylaşımı hər kəsi kövrəltdi – FOTOLAR

30/01/2023 16:25

 İstanbulda rahat yaşamaq üçün nə qədər pul lazımdır?

30/01/2023 16:16

“İranda 40 milyona yaxın azərbaycanlı fars rejiminin əlində əsirdir”

30/01/2023 16:15

Xatirə İslamın ad günündən maraqlı anlar – VİDEO

30/01/2023 16:12

Barışmağa razı olmayan arvadını küçənin ortasında belə güllələdi – ANBAAN VİDEO

30/01/2023 16:06

Hadisədən azərbaycanlı ifaçı ilə bağlı paylaşım – VİDEO

30/01/2023 15:56

500 manat sosial müavinət almaq üçün lazım olan SƏNƏDLƏR – SİYAHI

30/01/2023 15:54

“Köpək kimi çalışan, şahzadə kimi yaşayan qadınam mən”- Azərbaycanlı aktrisa

30/01/2023 15:27

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.