Rusiyanın Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobil partlayıb.
Medianews.az xəbər verir ki, avtomobildə Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya olub.
Aleksandr Duqinin qızı Darya Duqina içində olduğu avtomobil partlaması nəticəsində dünyasını dəyişib. Dünya mətbuatında yer alan iddialara görə hədəf Duqin olub.
Darya Duqin hadisə yerindəcə keçinib. Qəzanın ilkin versiyaları qaz balonunun və ya əldəqayırma partlayıcı qurğunun partlaması olub.
Daryanın olduğu avtomobil yeri vaxtla saat 21:35-də partlayıb, daha sonra yoldan çıxaraq binaya çırpılıb. Hadisə yerinə Aleksandr Duqin də gəlib.
Məlumata görə, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.
Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən “Ənənə” ailə festivalından qayıdırmışlar.
Aleksandr Duqin kimdir ?
Rusiya prezidenti Vladimir Putinin mentoru kimi xarakterizə edilən, tanınmış siyasi ekspert Aleksandr Duqin ölkəsinin Ukraynaya müdaxiləsi zamanı verdiyi açıqlamalarla da böyük təəssürat yaradıb. Ukrayna müharibəsində qalib gəlməli olduqlarını, əks halda Rusiyanın xəritədən silinə biləcəyini deyən Duqin, lazım gələrsə, Rusiya ordusunun nüvə silahından istifadə etməsini də müdafiə edir.
“Ya biz qalib gələcəyik, ya da dünya məhv olacaq” deyirsiniz? sualına cavab verən Duqin belə deyir: “Bəli, bunlar məhz bizim prezidentimizin sözləridir. Rusiyasız insanlıq yoxdur. Əgər bu dünyada yaşamaq istəyirsənsə, böyük və müstəqil Rusiyanı qəbul etməlisən. Prezidentimizin sözlərini xatırladıram. Müstəqil və suveren Rusiya olmadan bəşəriyyətin varlığının qeyri-mümkün olduğunu söyləyib. Tariximizin hər mərhələsində qalib gəlməyi bacarmışıq. Dəyərsiz hər kəs öləcək. Amma böyük liderlər həmişə böyük dövlətlər və imperiyalar qurublar. Cəsur insanlar cəmiyyətin kiçik insanlarından fərqlidirlər.”
Medianews.az