Ən populyar sosial media tətbiqlərindən biri olan “Instagram” yeni funksiyasını açıqlayıb.
Medianews.az xəbər verir ki, bildirilir ki, sözügedən xüsusiyyət Instagram istifadəçilərinə tətbiq vasitəsilə hesablarını silmək imkanı verir. İndi “Instagram” tətbiqi vasitəsilə hesablar daimi olaraq silinə bilər.
Sözügedən proses proqramdakı “Profil” bölməsindəki “Hesab” parametrləri vasitəsilə həyata keçiriləcək. Instagram hesablarını silən istifadəçilərə 30 gün vaxt verəcək. Bu müddət ərzində fikirlərini dəyişən istifadəçilər hesablarını yenidən aça biləcəklər. 30 gündən sonra müvafiq hesab həmişəlik silinəcək.
Leyla, Medianews.az