Medianews.az
Rusiya Odessada mülki yaşayış məntəqələrinə zərbələr endirdi
93 baxış

Rusiya Odessada mülki yaşayış məntəqələrinə zərbələr endirdi

Rusiya Ukraynada mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir. Medianews.az xəbər verir ki, Rusiya əsgərləri Ukraynanın Odessa vilayətində Bilqorod-Dnistrovskidə 9 mərtəbəli bina və yaşayış məntəqəsini raketlə vurub. Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kiril Timoşenko hücumlarda 18 nəfərin öldüyünü açıqlayıb. Ukrayna Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, 9 mərtəbəli binada 16 nəfər, yaşayış məntəqəsində 2 nəfər ölüb, ümumilikdə 38 nəfər yaralanıb. Hücum zamanı binanın bir hissəsinin dağıldığı bildirilib. Leyla, Medianews.az 

Bizə qoşulun