Çexiya iyulun 1-dən Avropa İttifaqına (Aİ) sədrliyi Fransadan götürüb.
Medianews.az xəbər verir ki, Fransanın Avropa Birliyinə 6 ay davam edən sədrliyi Çexiyaya həvalə edilib. Çexiyanın Baş naziri Petr Fiala, Praqada keçirilən mətbuat konfransında, Avropanın yeni təhlükəsizlik arxitekturası yaratmaq üçün çalışmalı olduğunu ifadə edərək, “Avropa və onunla birlikdə bütün dünya özünü dərin bir transformasiya içərisində tapdı”,-deyə bildirib.
Onu da əlavə edək ki, Çexiyanın müəyyən etdiyi prioritetlər arasında Ukraynanı dəstəkləmək və ölkəyə daha çox iqtisadi və hərbi yardımın təmin edilməsi, qaçqın böhranının təsirləri qarşısında həm inflyasiya, həm də Aİ-nin enerji asılılığının həlli, Ukraynanın müharibədən sonra yenidən qurulması və yüksəliş daxildir.
Leyla, Medianews.az