Suriya Ukraynanın şərqində rusiyapərəst separatçı Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini tanıyan ilk ölkə olduqdan sonra Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsib.
Medianews.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna ilə Suriya arasında artıq diplomatik münasibətlər olmayacaq və Suriyaya qarşı sanksiyalar üçün təzyiqlər “daha da artırılacaq”.
Zelenski həmçinin Suriyanın bu addımını “dəyərsiz” adlandırıb.
Leyla, Medianews.az