Rusiya -Ukrayna müharibəsinin ən şiddətli getdiyi yerlərdən biri olan Severodonetsk şəhərində Ukrayna ordusu geri çəkilməli ola bilər.
Medianews.az xəbər verir ki, Luqansk qubernatoru Sergey Qayday bu mövzuda danışıb və deyib: “Ukrayna qüvvələri geri çəkilməli olacaq. Sadəcə orada qalmaq üçün dağıdılmış əraziləri qorumağa çalışmağın mənası yoxdur”.
Televiziyada açıqlamalar verən Qayday Ukrayna qüvvələrinin nə vaxt geri çəkiləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, Severodonetskdə Rusiya və Ukrayna qüvvələri arasında küçə döyüşləri bir aydan çoxdur ki, davam edir. Ukraynanın şərqində separatçıların yerləşdiyi Donbas bölgəsinə aprel ayında hücuma keçən Rusiya ordusu bir çox bölgəni yavaş da olsa ələ keçirərək irəliləyişini davam etdirir.
Ukrayna prezidenti Vladimir Zelenski isə deyib ki, “Ukraynanın taleyi Severodonetskdə müəyyənləşəcək. Rusiya ordusu şəhəri ələ keçirsə, Luqanskda Ukraynanın əlində yalnız Lisiçansk şəhəri qalacaq”.
Leyla, Medianews.az