Ötən gecə Gürcüstanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı keçirilən nümayişə on minlərlə insan qatılıb. Paytaxt Tbilisidə 60 minə yaxın insan parlament binası qarşısına əllərində Gürcüstanın AB bayraqları ilə toplaşıb.
Medianews.az xəbər verir ki, Avropa Komissiyası ötən həftə Ukrayna və Moldovaya Aİ-yə namizəd statusu verilməsi üçün yaşıl işıq yandırıb və Gürcüstanı gözləməyi tövsiyə edib. Bildirilir ki, Aİ Gürcüstandan namizəd statusu qazanmazdan əvvəl bəzi siyasi islahatlar həyata keçirməsini gözləyir.
Təşkilatçılar bildiriblər ki, onların məqsədi gürcü xalqının Avropaya sadiqliyini göstərməkdir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili cümə günü deputatlığa namizəd statusu üçün lazımi addımları atacaqlarını bəyan edib. Qaribaşvili son bəyanatında ölkəsinin NATO-ya üzv olmaqda qərarlı olduğunu, lakin ilk növbədə Rusiya ilə ərazi problemlərini həll etməli olduğunu bildirib.
Qeyd edək ki, Gürcüstanın Ukrayna və Moldova kimi rusiyayönlü separatçı qüvvələrlə də sərhəd problemləri var. 2008-ci ildə Cənubi Osetiya müharibəsində Gürcüstana qoşun yeridən Rusiya birtərəfli qaydada müstəqilliklərini elan edən Abxaziya və Cənubi Osetiyanı tanıdığını bəyan edib.
Leyla, Medianews.az