Rusiya ilə Ukrayna arasında davam edən müharibədə mülki əhali arasında itkilər artır.
Medianews.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğundan verilən açıqlamada Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 313 uşağın həlak olduğu, 579 uşağın isə yaralandığı bildirilib.
Baş Prokurorluğun açıqlamasında bildirilir ki, Ukraynanın Donetsk vilayətində 291, Xarkov vilayətində 169, Kiyev vilayətində 116, Çerniqov vilayətində 6, Luqansk vilayətində 54, Xerson vilayəti, Nikolayev vilayətində 48, Zaporojya vilayətində 30 və Sumi vilayətində 17 uşaq müharibədən zərər çəkib.
Baş Prokurorluq həmçinin Rusiyanın hücumları nəticəsində Ukraynada ən azı 1985 təhsil müəssisəsinin zərər gördüyünü və onlardan 194-nün tamamilə məhv edildiyini açıqlayıb. Rəqəmlərin dəqiq məlumat olmadığı, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə işlərin davam etdirildiyi bildirilib.
Leyla
Medianews.az