Rusiyanın Ukraynaya təcavüzünün 111-ci günü geridə qalarkən, ekspertlər müharibənin gedişi ilə bağlı narahatlıq yaradan açıqlamalar veriblər.
Medianews.az xəbər verir ki, bəzi ekspertlər müharibənin 10 il davam edə biləcəyini proqnozlaşdırıblar.
ABŞ -ın aparıcı media qurumlarından biri olan CNBC-yə danışan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Strategiya, Texnologiya və Silahlara Nəzarət üzrə direktoru Uilyam Alberk bildirib: “Mənim bununla bağlı narahatlığım var. Ukrayna əsgərləri üstünlüyü itirirlər. Ölkənin şərqindəki bölgələr hücuma həssasdır. Ukrayna torpaq üzərindəki üstünlüyünü itirə bilər”.
Rusiya əsgərlərinin Ukraynanın şərqində hücumları intensivləşdirdiyini qeyd edən ekspertlər müharibənin 10 il davam edə biləcəyini və hətta bu müddəti keçə biləcəyini bildiriblər.
Qeyd edək ki, Kiyevdən sonra Ukraynanın şərqinə hücuma başlayan Rusiya döyüş sursatı və əsgərlərini bu bölgəyə göndərərək, müharibə başlayandan bəri ilk dəfə üstünlüklü mövqe əldə edib.
Leyla, Medianews.az