Rusiya Müdafiə Nazirliyi Ukraynanın şərqində ABŞ və Avropadan gələn silahların məhv edildiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, nazirlikdən bu gün verilən açıqlamada Donbas bölgəsinə edilən raket hücumlarında çoxlu sayda silah və hərbi texnikanın məhv edildiyi bildirilib. Silahlar arasında ABŞ və Avropa ölkələrindən çoxlu sayda silah və sursatın olduğu bildirilib.
Xatırladaq ki, Rusiya uzun müddətdir ki, Qərb ölkələrindən Ukraynaya göndərilən silahları qanuni hədəf kimi gördüyünü bəyan edib.
Qeyd edək ki, fevralın 24-də Ukraynaya qarşı “hərbi əməliyyat”a başlayan Rusiya ordusu aprel ayında Kiyev ətrafından geri çəkilərək Ukraynanın şərqində separatçıların yerləşdiyi Donbas bölgəsinə hücuma keçib.
Leyla, Medianews.az