NASA naməlum hava hadisələrini araşdırmaq üçün bir araşdırma qrupu yaradacağını açıqlayıb.
Medianews.az xəbər verir ki, Pentaqondan müstəqil işləyən komanda payızın əvvəlində işə başlayacaq.
ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) sonra ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) da ABŞ ordusunun müşahidə etdiyi naməlum hava hadisələrini araşdırmaq üçün hərəkətə keçib.
NASA-dan edilən yazılı açıqlamada bildirilib ki, “NASA, naməlum hava hadisələrini, yəni səmada təyyarələr və ya məlum təbii formasiyalar kimi naməlum hadisələri elmi baxımdan müşahidə etmək üçün payızın əvvəlində başlayacaq bir araşdırma qrupu təyin edir:
“Müəyyən edilməmiş hava hadisələrinin yerdən kənar olduğuna dair heç bir sübut yoxdur”
Açıqlamada, tədqiqatın cari məlumatların müəyyənləşdirilməsinə, gələcək məlumatların necə toplanacağına və NASA-nın naməlum hava hadisələrinin elmi anlayışını inkişaf etdirmək üçün bu məlumatlardan necə istifadə edəcəyinə diqqət yetiriləcəyi qeyd edilib.
Atmosferdə baş verən naməlum hadisələrin həm milli təhlükəsizlik, həm də hava təhlükəsizliyi ilə bağlı olduğuna diqqət çəkən açıqlamada, hələlik naməlum hava hadisələrinin dünya xaricindən olduğuna dair heç bir dəlil olmadığına diqqət çəkilib.
Medianews.az