Nigeriyanın cənub-qərbindəki Ovo şəhərində Müqəddəs Fransisk Ksavye kilsəsinə silahlı hücum nəticəsində azı 50 nəfər həlak olub.
Medianews.az xəbər verir ki, silahlı hücum zamanı kilsənin keşişi qaçırılıb.
Hadisədən sonra ölkənin millət vəkili Ogunmolasuyi Oluvole kilsə və xəstəxanaya baş çəkib və ölənlər arasında uşaqların da olduğunu bildirib.
Nigeriya prezidenti Muhammadu Buhari verdiyi açıqlamada hücumu pisləyərək, onu “iyrənc” adlandırıb.
Qeyd edək ki, hücum edənlərin kimliyi və məqsədi hələlik məlum deyil.
Leyla, Medianews.az